Qubada üzərində təsvirlər olan qədim daş lövhə tapılıb

Qubada üzərində təsvirlər olan qədim daş lövhə tapılıb
17:42 3 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Video əlavə edilib

*** 22:08

Quba rayonunun Töhmər kəndində üzərində müxtəlif təsvirlər olan qədim daş lövhə tapılıb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, kənd sakini traktorla yer şumladarkən üzərində təsvirlər olan qədim daş lövhə tapıb. Kənd sakini Tofiq Osmanov artıq həmin torpaq sahəsini üçüncü ildir ki, şumlatdırdığını və hansısa tapıntıya rast gəlmədiyini bildirib.
Çəkisi 20 kiloqramdan çox, dördbucaq formada olan daş lövhənin üzərində hansısa yaşayış binasının təsviri, yay və ox işarəsi və digər məlum olmayan işarələr oyma üsulu ilə təsvir olunub. Tofiq Osmanov bildirib ki, daşı tapdıqdan sonra yuyaraq, təmizləyib evinə aparıb. O, bunu keçmişdən qalan yadigar kimi qorunması üçün müvafiq dövlət orqanlarına təhvil vermək məqsədilə etdiyini bildirib.
Onun sözlərinə görə, Töhmər kəndində tarixçilərin araşdırması üçün çox tədqiqat mərkəzləri mövcuddur.
Tapıntı diqqət çəkdiyindən əraziyə mütəxəssis göndərilməsi üçün AMEA "Arxeologiya və etnoqrafiya institutu"na müraciət edilib. Əraziyə gələn arxeoloq Qəhrəman Ağayev daşların tapıldığı ərazi ilə tanış olub və ilkin araşdırmalar aparıb.
“Tapıntılar, tam araşdırıldıqdan sonra hansı mənaları daşıdığı məlum olacaq. Ümumiyyətlə, ərazinin öyrənilərək araşdırılmasına və arxeoloji tədqiqatlar aparılmasına ehtiyac var". Q.Ağayev ərazidən müxtəlif saxsı və çini qabların qırıqlarından araşdırma üçün götürüb.


















Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/qubada-uzerinde-tesvirler-olan-qedim-das-lovhe-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR