Bu ölkədə həkimlərin sayı azalır

Bu ölkədə həkimlərin sayı azalır
02:32 4 Oktyabr 2019
93 Dünya
Ölkə mətbuatı
A- A+

Latviyada həkim çatışmazlığı kritik həddə yetişib. Bu vəziyyət ölkə rəhbərliyini də narahat edir və operativ tədbirlər həyata keçirilməsini labüdləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Latviyanın rəsmi statistik göstəricilərinə əsasən, hazırda 1000 adama 2,5 tibb işçisi, 0,5 həkim düşür. Yüksəkixtisaslı mütəxəssislər başlıca olaraq Riqada toplanıb, digər şəhər və qəsəbələrdə vəziyyət daha acınacaqlıdır.

Buna səbəb həkimlərin daha yüksək əməkhaqqı təklif edən Avropa ölkələrinə getməsi, Latviyanın isə üçüncü ölkələrdən gələn mütəxəssislərə yer verməməsidir. Belə ki, son bir ildə hökumət yalnız 8 xarici həkimin ölkədə çalışmasına icazə verib. Onlardan biri də Azərbaycandan, digərləri isə Rusiya, Ukrayna, BelarusNiderlanddandır. Ehtiyac duyulan əsas istiqamətlər isə nevroloq, otolarinqoloq, radioloq, ginekoloq, anestezioloq və reanimotoloqdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/791292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR