ABŞ-ın energetika naziri noyabrda istefa verə bilər

ABŞ-ın energetika naziri noyabrda istefa verə bilər
05:27 4 Oktyabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın energetika naziri Rik Perri noyabrın sonunda vəzifəsindən istefa verə bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Politico" qəzeti bildirib.
Nəşr qeyd edir ki, Perrinin mayda prezident Vladimir Zelenskinin inaqurasiyasında iştirak etmək üçün ABŞ-ın nümayəndə heyətinin başçısı kimi Ukraynaya səfəri onu impiçment işi çərçivəsində işinin araşdırılmasına səbəb olub.
Bununla yanaşı, qəzetin bir sıra müsahibləri iddia edir ki, gələcək kadr dəyişikliyi Ukrayna mövzusu ilə bağlı deyil. Perrinin yerinə onun birinci müavini Dena Bruyettanın təyin ediləcəyi güman edilir.
Nəşrin bu informasiyasını şərh edən Energetika Nazirliyinin nümayəndəsi bildirib ki, Perri nazirliyin başçısı olmaqda davam edir və prezident Donald Trampın komandasında təmsil olunmaqdan fəxr hissi duyur.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-energetika-naziri-noyabrda-istefa-vere-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR