KİV: Tramp impiçment üzrə sorğulara məhəl qoymamaq istəyir

KİV: Tramp impiçment üzrə sorğulara məhəl qoymamaq istəyir
07:47 4 Oktyabr 2019
109 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri Konqresin Nümayəndələr Palatasının bütün tərkibi səs verməyincə impiçment proseduru çərçivəsində göndərilən sorğulara məhəl qoymamaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Axios" nəşri bildirib.
Qeyd edilir ki, daha əvvəl Konqresdə demokratlar Trampın impiçmentinin proseduru çərçivəsində araşdırmaya başlayıblar. Amerika prezidentindən şəxsi siyasi məqsədlər üçün Ukrayna rəhbərliyi vasitəsilə Co Baydenin oğlu Hanter Baydenlə bağlı araşdırmanın aparılmasında şübhələnirlər. Bayden 2020-ci ildə keçiriləcək prezident seçkilərində demokratların iddialılarından biridir.
Tramp ona qarşı irəli sürülən ittihamı inkar edir.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ki-v-tramp-impicment-uzre-sorgulara-mehel-qoymamaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR