Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb

Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər ölüb
10:42 4 Oktyabr 2019
53 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada “AN-12” tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyinin Lvovdakı Baş İdarəsindən bildirilib.
Təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.
Göyərtəsində 7 nəfərin olduğu təyyarə İspaniyanın Viko şəhəri istiqamətində çarter uçuşu edirmiş. Onlardan 4-nün meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir. 
Hadisə yerinə 41 xilasedici və 7 xüsusi texnika cəlb olunub. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/lvovada-herbi-teyyare-qezaya-ugrayib-4-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR