Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqəyə start verilib (FOTO)

Ukraynalı tələbələr arasında Azərbaycanla bağlı müsabiqəyə start verilib (FOTO)
19:43 4 Oktyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“İslahatçı Gənclər” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Ukraynanın Tavrida Milli Universiteti və Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində tələbələr üçün “Odlar Yurdu- Azərbaycan” adlı təqdimat keçirilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, ümumilikdə 100-dən artıq ukraynalı tələbənin qatıldığı təqdimatlarda da Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, ölkəmizin müasir inkişaf modeli haqqında məlumatlar verilib, ölkəmizlə bağlı maraqlı video-çarxlar nümayiş olunub.

Birliyin sədri Fərid Şahbazlı tələbələrlə görüşündə Azərbaycanla Ukrayna arasında tarixi dostluq və strateji tərəfdaşlıq əlaqlərinə diqqət çəkərək, iki ölkənin bütün beynəlxalq platformalarda bir birini dəstəklədiyini dilə gətirib. O qeyd edib ki, Ukrayna da Azərbaycan kimi işğaldan əziyyət çəkir və bu problemin tezliklə həlli prosesinə iki ölkənin gəncləri də töhfə verməlidirlər.

Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən uğurlu dövlət gənclər siyasətindən bəhs edərək, Azərbaycanla Ukrayna arasında gənclər və tələbələrlə iş sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.

İki universitetin tələbələri arasında Azərbaycanla bağlı video-müsabiqə elan olunub. Ukrayna dilində ölkəmizlə bağlı çəkiləcək ən maraqlı video sujetin müəlliflərinin Azərbaycana səfəri təşkil olunacaq.

Sonda Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini Daria Likarchuka Azərbaycanla Ukrayna tarixi dostluq əlaqələrinin inkişafına verdiyi dəstəyə görə, Fəxri Diplom təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3128471.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR