İşğal olunan ərazilərlə bağlı PLAN HAZIRLANIR: yaxın bir il ərzində...

İşğal olunan ərazilərlə bağlı PLAN HAZIRLANIR: yaxın bir il ərzində...
20:33 4 Oktyabr 2019
64 Digər
Ölkə mətbuatı
A- A+

Kiyev Donbasdakı “respublikalar”ın tam blokadasına gedə bilər və müvafiq plan hazırlanır.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Kommersant” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirməyə hazırdır, amma ölkənin şərqində vəziyyət yaxın bir il ərzində prinsipial olaraq dəyişməsə, münaqişənin vaxtından əvvəl dondurulması variantına baxılır. Bu halda Kiyev elektrik enerjisi, su və istiliyin çatdırılmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa, həmçinin sərhəddə ciddi nəzarət sistemini tətbiq etməyə hazırlaşır.

Qəzet qeyd edir ki, İsrail və Qəzza sərhədində olduğu kimi, ayırıcı divarın köməyi ilə Donbasın tam fiziki təcridi də istisna edilmir.

Qeyd edək ki, bu həftə Donbas münaqişəsinin nizama salınması üzrə əlaqə qrupunun iştirakçıları regionun xüsusi statusu haqqında qanunun qüvvəyə minməsinin prosedurunu müəyyən edən “Ştaynmayer formulu”nu imzalayıblar.

Xatırladaq ki, Almaniyanın sabiq Xarici İşlər naziri Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə görə, Donbas regionuna orada növbədənkənar seçkilər keçirilən gün xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib. Bundan sonra Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, Ukrayna ordusu və rusiyayönlü qüvvələr arasında Donetsk və Luqansk vilayətlərində silahlı konflikt 2014-cü ilin aprelində başlanıb. 2014-cü aprelin 14-dən hökumət gücləri Donbasda terrorçuluğa qarşı əməliyyatı keçirirdi. 2018-ci il aprelin 30-da anti-terror əməliyyatı rəsmən başa çatıb, onun əvəzinə Donbasın reinteqrasiyası haqqında qanuna uyğun olaraq, Birləşmiş güclərin əməliyyatı başlanıb.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi hazırda rusmeylli separatçılar tərəfindən nəzarət altındadır. Kiyev işğal prosesində Rusiyanın nizami qoşununun iştirak etdiyini və hazırda burada Rusiya hərbçilərinin olduğunu iddia edir. Moskva isə münaqişə tərəfi olmadığını, münaqişənin Ukraynanın daxili işi olduğunu bildirir. Bununla belə, Rusiya xüsusi statusun verilməsini münaqişənin həlli və ərazinin Kiyevin nəzarətinə keçməsi üçün əsas şərt hesab edir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/292173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR