Çox işləyən insanlarda hansı xəstəliklər yaranır? - ARAŞDIRMA

Çox işləyən insanlarda hansı xəstəliklər yaranır? - ARAŞDIRMA
07:23 5 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

London Universitet koleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur.

Publika.az medicina.az-a istinadən bildirir ki, alimlər həftədə 35-40 və 55 saatdan çox 2 qrup insanların sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Alimlər araşdırmada iştirak edən insanlara illərlə nəzarət ediblər. Araşdırma göstərib ki, çox işləyən insanlar səyrici aritmiyadan (ürəyin qaydasız döyülməsi) daha tez-tez əziyyət çəkirdi. Səyrici aritmiya isə insult və digər problemlərin ehtimalını artırır.

Alimlər qeyd edirlər ki, aritmiyanın 10 halından 9-u bu vaxta qədər ürək və damar problemləri olmayan insanlarda qeyd olunub. Bu o deməkdir ki, aritmiyanın səbəbi çox güman ki, məhz çox və gərgin işlə bağlıdır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/292192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR