Rafael Ağayev FİNALDA

Rafael Ağayev FİNALDA
10:53 5 Oktyabr 2019
65 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.

Qadınların mübarizəsində isə 50 kq çəkidə çıxış edən 50 kq Nuranə Əliyeva isə bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. O, Endo Çinatsu (Yaponiya), Lusia Kovaçikovanı məğlub etdikdən sonra Sara Hubriç uduzub.Təsəlliverici görüşlərdə Çeili Qonsales (Qvatemala) və Pisard May-Lidən (Fransa) güclü olan yığma üzvü bazar günü bürünc medal uğrunda Miho Miyahara ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR