Rafael Ağayev Moskvada finala çıxıb

Rafael Ağayev Moskvada finala çıxıb
13:43 5 Oktyabr 2019
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan karateçisi Rafael Ağayev Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.

Trend-in məlumatına görə, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı ardıcıllıqla Yassin Sekuri (Mərakeş), Rodriqo İbanez (İspaniya), Matus Lieskovski (Slovakiya) və Bəhmən Əsgərini (İran) məğlub edib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) qarşılaşacaq.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3128731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR