Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb

Azərbaycanın daha bir karateçisi Moskvada finala çıxıb
17:32 5 Oktyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan karateçisi İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində finala yüksəlib.
“Report” xəbər verir ki, 68 kq çəkidə çıxış edən 23 yaşlı idmançı ardıcıllıqla Natalia Spiqolon (Braziliya), Ketrin Pederson (Danimarka), Linqlinq Tang (Çin) və Marina Pakoviçi (Monteneqro) məğlub edib.
Ukrayna əsilli karateçi bazar günü baş tutacaq finalda Qonq Li (Çin) ilə qarşılaşacaq.
Qeyd edək ki, ilk yarış günündə Rafael Ağayev (75 kq) finala, Nuranə Əliyeva (50 kq) isə bürünc medal görüşünə vəsiqə qazanıb. Bu idmançılar da oktyabrın 6-da tatami üzərinə çıxacaqlar.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-daha-bir-karatecisi-moskvada-finala-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR