Efiopiyalı Lelisa Desisa dünya çempionatının atletika marafonu üzrə qalib olub

Efiopiyalı Lelisa Desisa dünya çempionatının atletika marafonu üzrə qalib olub
05:01 6 Oktyabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Efiopiyalı Lelisa Desisa dünya çempionatının atletika marafonu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, yarışlar Dohada baş tutur.

29 yaşlı idmançı məsafəni 2 saat 10 dəqiqə 40 saniyəyə qət edib. Gümüş medalı 27 yaşlı efiopiyalı Mosinet Geremeu (4 saniyə geridə) tutub, bürünc medalı isə 27 yaşlı Keniyalı Amos Kipruto qazanıb (11 saniyə gecikməklə).

Qeyd edək ki, Desisa karyerasında ilk dəfə Dünya kubokunun qızılını qazanıb. 2013-cü ildə Moskvada keçirilən dünya çempionatında ikinci yer tutmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3128892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR