Rusiyada uçan avtomobillər istehsal ediləcək

Rusiyada uçan avtomobillərin istehsalına başlanılacaq.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Novosibirskdəki S.A.Çaplıqin adına Aviasiya Elmi-Tədqiqat İnstitutu Perspektiv Tədqiqatlar Fondu ilə birlikdə uçan avtomobillərin istehsalı layihəsini həyata keçiriəcək.

Məlumata görə, belə avtomobillər ətrafında 15 metrədək hündürlükdə manelər, 50 metr uzunluğunda zolaqdan göyə qalxa və enə biləcək. Avtomobillərin uçuş məsafəsi 1000 kilometr, maksimum sürəti saatda 300 kilometrdən çox olacaq. Uçan avtomobillər 500 kiloqramadək yük daşıya biləcək.

Qeyd edək ki, layihə üzərində iş 5 il davam edəcək. Avtomobillərdən xilasetmə işlərində istifadə ediləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR