Rafael Ağayev Moskvada qalib olub

Rafael Ağayev Moskvada qalib olub
18:29 6 Oktyabr 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretska Rusiyanın paytaxtı Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirinin qalibi olublar.

Trend-in məlumatına görə, 75 kq çəkidə çıxış edən 34 yaşlı idmançı finalda Qazaxıstandan olan rəqibi Yermek Aynəzərovu məğlub edib. 68 kq çəkidə qadınların mübarizəsində İrina Zaretska isə finalda çinli rəqibo Qong Liyə qalib gəlib.

Qadınların mübarizəsində 50 kq çəkidə çıxış edən Nuranə Əliyeva Yaponiya təmsilçisi Endo Çinatsunu məğlub edərək yarışın bürünc mükafatçısı adına yiyələnib.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3129013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR