Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...

Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa...
19:27 6 Oktyabr 2019
136 İdman
Ölkə mətbuatı
A- A+

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov "Yuventus"un hücumçusu Kristiano Ronaldo ilə dostluğundan danışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, aralarındakı dostluq hələ Ronaldonun Madrid "Real"ında oynadığı dövrlərdən mövcuddur. İdmançı həmçinin Ronaldonun "Barselona"nın hücumçusu Messi ilə münasibətinə də toxunub.

"Mən "Real"ın çoxdankı azarkeşiyəm və Ronaldo ilə dostluq edirik. Bu barədə Ronaldo ilə danışmışıq. O, Messi olmasaydı, bu qədər güclü ola bilməyəcəyini dedi. Sənə rəqib lazımdır, bu insanı daha yaxşı olmağa sövq edir. Biznesdə olduğu kimi, rəqabətsiz bazar mövcud ola bilməz. Bu mənada onlar bir-birini tamamlayır", - Nurməhəmmədov bildirib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/792056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR