Keniyalı idmançı 1500 metr məsafədə dünya çempionu olub

Keniyalı  idmançı 1500 metr məsafədə dünya çempionu olub
22:36 6 Oktyabr 2019
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı, Trend:

Keniyalı qaçışçı Timoti Cheruyot 1500 metr məsafədə atletika üzrə dünya çempionatının qızılını qazanıb.

Trend-in məlumatına görə, yarışlar Qətərin paytaxtıda Dohada keçirilir.

23 yaşlı Keniyalı məsafəni 3 dəqiqə 29,26 saniyəyə qət edib. İkinci yerdə mövsümün ən yaxşı nəticəsini göstərən Əlcəzairli Taufik Mahloufi (3.31.38), üçüncü yerdə isə milli rekordu müəyyənləşdirən Pole Marcin Levandowski (3.31.46) qərarlaşıb.

Qeyd edək ki, Cheruyot eyni zamanda 2017 ildə dünya çempionatının gümüş medalını və birlik oyunlarının gümüş medalını qazanıb. Bundan əlavə, Afrika çempionatlarında iki qat gümüş mükafatçısıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3129042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR