Şagirdlərin diqqətinə: Pulsuz sınaq imtahanları keçiriləcək

Təhsil üzrə ekspert Elçin Əfəndi təqdirə layiq addım atıb.

Metbuat.az xəbər verir ki, Elçin Əfəndinin təşəbbüsü ilə 9-cu sinif şagirdləri üçün hər həftənin şənbə günü tamamilə pulsuz sınaq imtahanı keçiriləcək.

Sınaq imtahanı 9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsi üzrə Dövlət İmtahan Mərkəzinin mövcud qaydaları və proqramı əsasında həyata keçiriləcək. İmtahan Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə olacaq. Sınaq imtahanında xarici dil fənni üzrə həmçinin dinləmə mətni və bu mətn əsasında suallar da öz əksini tapacaq.

Qeyd edək ki, imtahanın keçiriləcəyi ünvan və vaxtı barədə, eləcə də ətraflı məlumat üçün həftəiçi hər gün saat 09:00-dan 19:00-dək 012 480 08 75 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR