Azərbaycanın idman gimnastı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın idman gimnastı Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
09:47 7 Oktyabr 2019
18 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın idman gimnastı Marina Nekrasova Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
“Report”un məlumatına görə, 24 yaşlı idmançı buna Almaniyanın Ştutqart şəhərində keçirilən dünya çempionatında nail olub. Bu, Azərbaycanın 8-ci lisenziyası olub.
Qeyd edək ki, bunadək son olaraq Ruslan Lunyov pnevmatik tapança ilə 25 metr məsafəyə atəşaçmada Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib. Bunadək isə sərbəst güləşçi Şərif Şərifov (97 kq), qadın güləşçi Mariya Stadnik (50 kq), atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev (400 metr), eləcə də bədii gimnastikada çoxnövçülük üzrə fərdi qaydada Zöhrə Ağamirova və qrup komandası “Tokio-2020”yə vəsiqə qazanıblar.


Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-idman-gimnasti-tokio-2020-yay-olimpiya-oyunlarina-lisenziya-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR