"Ağ Ev"dən Türkiyə açıqlaması: ABŞ bu əməliyyatı dəstəkləmir

"Ağ Ev"dən yayımlanan yazılı açıqlamada Türkiyənin uzun müddətdir planladığı əməliyyat ilə Suriyanın şimalına doğru irəlləyəcəyi və ABŞ-ın "əməliyyata qatılmayacağı" bildirilib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, açıqlamada belə qeyd edilib:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon görüşməsi baş tutub. Türkiyə yaxın zamanda Suriyanın şimalına uzun müddətdir planladığı əməliyyat çərçivəsində hərəkət edəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək, ya da əməliyyata daxil olmayacaqdır".

Eyni zamanda açıqlamada bildirilib ki, Suriya torpaqlarında İŞİD-a qalib gələn ABŞ qüvvələri artıq bu bölgədə olmayacaq:

"ABŞ höküməti Suriyada həbs olunan İŞİD-a mənsub vətəndaşlarını geri almaq üçün Fransa, Almaniya və digər Avropa Birliyi ölkələrinə təzyiq göstərəcək, lakin, ölkələr bu terrorçuları almaq istəmir. ABŞ bu şxəsləri illərlə əlində tutmayacaq. Türkiyə bundan sonra ABŞ-ın son iki ildə bölgədə tutduğu DEAŞ döyüşçülərinə görə məsuliyyət daşıyacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR