Düşüncə gücü ilə hərəkət etməyi təmin edən Robot skelet yaradıldı - FOTO

Fransada bir laboratoriyada aparılan sınaqda xarici skelet texnologiyası sayəsində 2 ildir iflic olan bir şəxs qollarını və ayaqlarını hərəkət etdirə bilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən 30 yaşlı xəstə 2 ildən sonra ilk addımlarını atmasının ayda gəzməyə bənzədiyini deyib:

"Özümü Aya ayaq basan ilk insan kimi hiss etdim. 2 ildir heç addım atmamışdım. Ayaq üstə durmağın necə bir hiss olduğunu və uzunboylu insanlardan biri olduğumu unutmuşdum".

Araşdırmanı aparan mütəxəssislər bu texnologiyanın əngəlli xəstələrin həyat keyfiyyətini köklü şəkikdə dəyişəcəyini düşünürlər. Təkmilləşdirilmiş bir robot kimi də adlandıra biləcəyimiz bu xarici skelet 65 kilodur və xəstənin bütün hərəkət qabiliyyətini geri qazandırmır. Lakin bu texnologiya insanın düşüncələri ilə hırəkıtlərini idarə etməsi üçün bugünədək yaradıkan ən təkmil texnologiyadır. Araşdırma aparılan laboratoriya nümayəndəsi professor Luiz Benabid texnologiya ilə bağlı deyib:

"Hələ sərbəst yerimə prosesinı xeyli uzağıq. Bu xarici skelet yıxılmamaq üçün lazımi sürətə və reflekslərə sahib deyil. Dünyada bunu bacaran yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR