"Google"nin bu mobil tətbiqi qəza zamanı təcili yardım çağıracaq

"Google" şirkəti yol qəzalarında insanlara yardım edəcək bir mobil tətbiqi yayımlamağa hazırlaşır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu mobil tətbiq yol qəzası baş verdiyi zaman sürücünün vəziyyətini yoxlayacaq və lazımi anlarda təcili yardım çağıra biləcək.

İnsanı xilas etmək məqsədi ilə yaradılan və "Şəxsi təhlükəsizlik" deyə adlandırılan tətbiq avtomobil qəzalarını təsbit edə bilmə və avtomatik olaraq təcili yardım çağırma xüsusiyyətlərinə sahib olacaq. Proqram bunu telefonun mövqeyindən, hərəkət sensorlarından və mühitin səsindən istifadə edərək bacaracaq.

İlkin mərhələdə yalnız ABŞ-da istifadəyə veriləcəyi planlaşdırılan tətbiqin "Google"a aid "Pixel 4" cihazlarına özəl olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR