"Disney" şirkəti "Netflix"in reklamlarına qadağa qoydu

Dünyaca məşhur "Disney" şirkəti bu dəfə onlayn yayımçılıq sektoruna daxil olacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Disney Plus" ilə onlayn yayımçılıq sahəsinə güclü bir giriş etmək istəyən "Disney" şirkəti televiziya kanallarında rəqiblərinin reklamlarına qadağa qoymaq qərarına gəlmişdi. Daha sonra müxtəlif rəqibləri ilə bu mövzuda anlaşan şirkət "Netflix" ilə ortaq məxrəcə gələ bilməyib. Buna görə də, gələn ay onlayn yayım platformasını işə salacaq olan "Disney" güclü rəqibinin reklamlarına icazə verməyəcək.

"Netflix" şirkəti məsələ ilə bağlı mətbuata açıqlama verməkdən yayınıb. "Disney" kimi şirkətlərin onlayn yayımçılıq sektoruna daxil olması ilə bu sahədə böyük rəqabətin yaranacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR