500 kiloqram pambıq yığan xanıma avtomobil hədiyyə olunub

500 kiloqram pambıq yığan xanıma avtomobil hədiyyə olunub
16:37 7 Oktyabr 2019
103 Maraqlı
Ölkə mətbuatı
A- A+

Özbəkistanda pambıq yığımı zamanı əl əməyinə daha çox qiymət verilir.

Milli.Az bildirir ki, AZƏRTAC Özbəkistan Qadınlar Komitəsinin (ÖQK) mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkənin Baş Nazirinin müavini, ÖQK-nin sədri Elmira Basitxanova və bu sahənin digər yüksək səviyyəli məmurları Daşkənd vilayətinin Akkurqan rayonunda pambıq yığımı tarlasına gediblər. E.Basitxanova tarlada işləyən qadınlarla görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, simvolik hədiyyələr təqdim edib.

Bir çox hallarda yaşlı qadınlar və kişilər də öz istəkləri ilə bu kampaniyaya qoşulurlar.

Məsələn, 92 yaşlı qadın pambıq yığımında aktiv iştirak etdiyinə görə, Daşkənd vilayət hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Əndican vilayət hakimiyyəti isə sutkada 500 kiloqram pambıq yığdığı üçün bir qadına avtomobil hədiyyə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR