Zükerberqin Rusiyaya gedən bacısı ən çox arağı bəyəndi - FOTO

Zükerberqin Rusiyaya gedən bacısı ən çox arağı bəyəndi - FOTO
20:57 7 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"Facebook"un qurucusu Mark Zükerberqin böyük bacısı Rendi Zukerberq həftə sonun Sankt-Peterburqda keçirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Synergy Global Forum"da iştirak etmək üçün Rusiyanın şimal paytaxtına gedən iş qadını boş vaxxtını tarixi məkanlara, Ermitaj muzeyində keçirib. Rendinin ən çox xoşuna gələn isə rus arağı olub. Bu barədə o, İnstaqram səhifəsində yazıb.

Qeyd edək ki, 37 yaşlı biznes ledi Harvard universitetini bitirib. Nyu-Yorkda onlayn-media sahəsində çalışıb. Rendi prodüser kimi də fəaliyyət göstərib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR