İran hökuməti iraqlıların ölkəyə girişinə QADAĞA QOYDU

İran hökuməti iraqlıların ölkəyə girişinə qadağa qoyub.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, sentyabrın 24-dən sonra iraqlılara verilən bütün vizalar ləğv edilib. Qərar azı iki ay qüvvədə olacaq. Məlumata görə, İran hökumətinin belə qərar qəbul etməsinə səbəb İraqda davam edən aksiyalardır. Bundan əvvəl İran İraqla olan iki sərhəd qapısını bağlayıb.

Qeyd edək ki, İraqda oktyabr ayının 1-dən başlayan etiraz aksiyaları zamanı 100-dən çox nümayişçi həlak olub. Etirazçılar işsizlik və korrupsiya hallarından narazıdır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR