Azərbaycanlı tələbə İstanbulda bayrağımızla İLKƏ İMZA ATDI - FOTO/VİDEO

Azərbaycanlı tələbə İstanbulda bayrağımızla İLKƏ İMZA ATDI - FOTO/VİDEO
02:03 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul Universitetində təhsil alan azərbaycanlı gənc Aysel Həsənova "İstanbul Akvarium"da möhtəşəm ideya gerçəkləşdirib.

Publika.az xəbər verir ki, müxtəlif təhlükəli dəniz canlılarının sərgiləndiyi hovuzun 12 metr dərinliyinə üzən gənc orada Azərbaycan bayrağı dalğalandırıb.

“Bir insan nə qədər özünü başqa göstərməyə çalışırsa çalışsın, onun arzularından, etdiklərindən kimliyini müəyyən etmək olur. Bu bayraq dünyanın hansı ölkəsində oluramsa olum, mənim kimliyim, mənim dünənim, mənim bu günüm, sabahım, mənim fəxrimdir!

Çox sevinirəm, arzularımdan birini həyata keçirdim. Dünyanın dörd bir tərəfindən gələn turistlərin, yerli insanların mənə “Vao” deməyinə baxın… Hər birinə bayrağıma, “Azərbaycan bayrağı” dedirtməyi bacardığım üçün, ilk dəfə o yerə Azərbaycan bayrağı ilə mən dalış etdiyim üçün çox sevincliyəm… O köpək balıqlarının arasına dalış etmək hər adamın işi deyil”, - Aysel Həsənova qeyd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/video/292395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR