“OnePlus” şirkəti maraqlı reklam kampaniyasına başlayıb

“OnePlus” şirkəti maraqlı reklam kampaniyasına başlayıb
07:32 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

"OnePlus" şirkəti Londonda məhsulların reklamı məqsədilə faydalı kampaniyaya start verib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Warp Charge SOS" adlı proqramın mahiyyəti ondan ibarətdir ki, smartfonunun enerjisi tükənən bütün şəhər sakinləri "OnePlus UK" şirkətinə olduğu yerin koordinatlarını göstərməklə "#WarpChargeSOS" heşteqindən istifadə edərək mesaj yaza bilər. Bundan sonra smartfonu istənilən yerdə enerji ilə doldurmağa kömək edən "xilasedici briqada" onun yanına gələcək. Bildirişləri "Twitter" və ya şirkətin xüsusi "Facebook" səhifəsinə göndərmək mümkündür.  
 
"Xilasedici briqada" çağırılmış yerə böyük akkumulyator və bir neçə "USB" çıxışı ilə təchiz edilən yanğınsöndürən maşınla gəlir.
 
Məlumata görə, "Warp Charge SOS" reklam aksiyası bir neçə şəhərdə, o cümlədən Amsterdam, Utrext və Helsinkidə keçiriləcək. Aksiya iştirakçılarından xidmətdən istifadə etmək üçün "OnePlus" istifadəçisi olmaq tələb olunmur.
 
Aksiya vasitəsilə "OnePlus" şirkəti "OnePlus 7T" smartfon modelini və 30 vatt gücündə "Warp Charge" sürətli enerjidoldurma texnologiyasını reklam edir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR