Xiaomi 4 arxa kameralı yeni Redmi smartfonunun təqdimatına hazırlaşır

Xiaomi 4 arxa kameralı yeni Redmi smartfonunun təqdimatına hazırlaşır
08:05 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Xiaomi şirkəti öz Twitter hesabında təqdimata hazırlaşan yeni smartfon modelinin tizer fotosunu təqdim etməklə Xiaomi pərəstişkarlarının maraqlarını özünə çəkib.

Milli.Az technote.az-a istinadən bildirir ki, tizer fotodan da görmək olar ki, smartfon təkmilləşdirilimiş kameraya və uyğun qiymət göstəricisinə sahib olacaq. Bu barədə 4pda saytı xəbər verib. Şirkət bildirib ki, yaxın zamanda 4 kamera moduluna sahib yeni smartfon satışa çıxacaq. Şirkətin təqdim etdiyi tizer fotosu da bunu təsdiqləyir. Belə ki, həmin fotoda "hər kəs üçün 4 kamera" cümləsi əks edilib. Həmin cümlədən də belə qənaətə gəlmək olar ki, smartfon yüksək qiymətə satılmayacaq. Həmçinin fotoya əsasən yeni smartfon Redmi brendi altında satışa çıxacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR