Neftçalada 66 yaşlı kişi yandı

Neftçalada 66 yaşlı kişi yandı
11:27 8 Oktyabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Şorkənd kəndində qeydə alınıb. 

Kənd sakini, 1953-cü il təvəllüdlü Piriyev Cahangir Əlövsət oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, C.Piriyevin tək yaşadığı yarımtikili yanıb. Nəticədə o da yanıq xəsarətləri alıb. 

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/792490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR