Qayın ana və onun qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydü

Qayın ana və onun qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
11:42 8 Oktyabr 2019
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə qeydə alınıb.

1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Bu zaman mənzildə onlar arasında mübahisə yaranıb.

Qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/792492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR