Bakının uşaq birliyi təşkilatlarının rəhbərləri arasında müsabiqəyə başlanıldı

Bakının uşaq birliyi təşkilatlarının rəhbərləri arasında müsabiqəyə başlanıldı
12:55 8 Oktyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdır.

İki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Hər iki mərhələ üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.

Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdan ibarətdir.

İki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Hər iki mərhələ üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.

Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3129718.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR