DİN Koroğlu küçəsindəki hadisə ilə bağlı məlumat yaydı

DİN Koroğlu küçəsindəki hadisə ilə bağlı məlumat yaydı
15:03 8 Oktyabr 2019
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi ötən gecə Sumqayıtda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 7-də saat 20 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Ə.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yavər Əmiraslanovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/292477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR