Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi

Daş karxanasında ölüm: darvaza kişinin başına dəydi
15:05 8 Oktyabr 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən karxanaların birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Bayramov Yusif Hüseyn oğlu karxananın darvazasının qarşısında müxtəlif dərəcəli xəsarətlərlə aşkar edilib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Y.Bayramov iri yük avtomaşınların giriş-çıxışı üçün nəzərdə tutulan darvazanı rəngələmək istəyərkən qapı onun baş və sifət hissəsinə dəyib.

Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/792568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR