Apple bu telefonları ödənişsiz təmir edəcək

"Apple" şirkəti bir bloq yazısında müştərilərini sevindirəcək bir açıqlama yayıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, şirkət nasazlıqları olan 2015-ci ildə istehsalı "İphone 6s" və "İphone 6s Plus" modellərini ödənişsiz olaraq təmir edəcək. Yalnız özlərindən qaynaqlanan problemlərin təmirinin ödənişsiz olacağı qeyd edilib:

"Bəzi İphone 6s və İphone 6sPlus modellərində cihazın açılmadığı təsbit edilmişdir. Bu xroniki nasazlıq yalnız 2018-ci ilin oktyabrından 2019-cunilin avqustuna qədər istehsal edilən məhdud sayda cihazda mövcuddur".

Dünya miqyasında həyata keçirilən bu ödənişsiz təmir proqramının ən çox 2 il əvvəl alınmış modellərinə aid olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR