“macOS Catalina” sisteminin yeni versiyası buraxılıb

“macOS Catalina” sisteminin yeni versiyası buraxılıb
15:35 8 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Apple” şirkəti fərdi kompüter və serverlər üçün “macOS Catalina” əməliyyat sisteminin yeni versiyasını buraxıb. Bu barədə şirkətin saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, məlumata görə, istifadəçilər yeni kompüter oyunlarının toplandığı yeni “Apple Arcade” servisindən istifadə imkanı əldə edəcəklər.

 

Bundan başqa, əməliyyat sisteminə “Apple Music”, “Apple Podcast” və “Apple TV” əlavələrinin yenilənmiş versiyaları daxildir.

 

Yeni “Sidecar” funksiyası “iPad” planşetindən əlavə displey qismində və ya “Apple Pencil” qurğusundan istifadə etməklə informasiyanın daxil edilməsi üçün istifadəyə imkan verir.

 

Həmçinin “Voice Control” funksiyası səsli idarəetmə imkanlarını təmin edir, yeni “Mac Catalyst” funksiyası isə müstəqil tərtibatçılar tərəfindən yeni əlavələr yaratmaq imkanını asanlaşdırır.

 

Bundan əlavə, “Screen Time” funksiyası ilk dəfə istifadəçilərə əlavələrdən istifadə və saytlara daxil olmaq üçün nə qədər vaxt sərf etdiklərini görməyə şərait yaradacaq.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63283-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR