Tanınmış aktrisa 80 yaşlı adamla evləndi - FOTOLAR

Türkiyəli aktrisa Meltem Miraloğlu bir neçə il əvvəl "Hayat devam ediyor" adlı serialda uşaq yaşda özündən yaşca böyük olan bir adamla evləndirilən qız rolunu oynamışdı.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Amerikada yaşayan 32 yaşlı aktrisa 10 gün əvvəl özündən 48 yaş böyük olan bir amerikalı ilə gizli şəkildə evlənib. Miraloğlu evliliyi barədə hələ heç bir açıqlama etməyib.

Meltem Miraloğlu "İnstaqram" hesabında son paylaşımında divara yazılı olan "bizi silə bilməyən hər kəs qaralayar" yazısını paylaşmışdı. Aktrisanın bu paylaşımı evlilikdən sonra gələcək reaksiyalar səbəbilə paylaşdığı düşünülür.

Aktrisa 2016-cı ildə aktyor və rejissor Tayfur Aydınla evlənmiş, 2017-ci ildə səssiz şəkildə boşanmışdı.





https://metbuat.az/news/1268399/qizildan-hazirlanmis-sal-her-kesi-teeccublendirdi.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR