Teatrdan əsgər anasına sürpriz (FOTO)

Teatrdan əsgər anasına sürpriz (FOTO)
05:01 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sumqayıt Dövlət Dram Teatrı hər zaman həm kreativ layihələri ilə, həm də dövlətçilik, azərbaycançılıq, Azərbaycan məfkurəsinə xidməti ilə önəmli işlər görüb və fərqlənib. Uğurlu layihələrdən biri də mütəmadi olaraq həftəsonu tamaşalarının nümayişidir.

Oktyabr ayında anşılaqla keçən həftəsonu tamaşalarından “Ocaq”ın nümayişində duyğusal məqamlar yaşandı. Teatr kollektivi tamaşa bitdikdən sonra səbrsizliklə oğlunun hərbi xidmətini ləyaqətlə başa vurub doğma Sumqayıta gəlişini gözləyən əsgər anasına surpriz etdi. Vətənə xidmətdən qayıtdıqda məhz teatrda, anasının mədəni istirahətini keçirdiyi məkanda ona bu həyacanlı, sevincli anları yaşatmaq istəyən Azərbaycan əsgərinin bu addımı hər kəs tərəfindən alqışlandı.

Qeyd edək ki, 6 oktyabr nümayiş olunan Turqut Özakmanın “Ocaq” tamaşası psixoloji dram olsa da tamaşa sonunda baş tutan əsgərin anası ilə görüşü tamaşaçılarda təbəssüm dolu duyğu yaratdı.

Teatr rəhbərliyinin bu addımı bir daha sübut etdi ki, teatrın qayəsi təkcə insanları əyləndirmək, mənəvi zövq vermək deyil, həm də onları düşündürmək, maarifləndirmək, hər zaman Vətən və torpaq duyğusunu, Vətən andını sədaqətlə qoruyub dövlətin yanında olmaqdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3130132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR