İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir

İngiltərədə 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir
08:22 9 Oktyabr 2019
71 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə iqlim dəyişikliyi ilə bağlı ekoaktivistlərin 2 həftə davam etməsi planlaşdırılan etiraz aksiyası keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın bir çox ölkəsində eyni anda başlayan mitinqlərin Avropa ölkələrində, ABŞ, AvstraliyaYeni Zelandiya da daxil olmaqla bir çox ölkələrdə keçiriləcəyi açıqlanıb.

London nümayişlərində etirazçılar rəsmi binaların qarşısında, əsas yollarda və meydanlarda toplaşaraq çadırlar qurublar.

Bəzi nümayişçilər isə özlərini yol və nəqliyyat vasitələrinə yapışdırıblar.

Polis 400-dən çox etirazçını həbs edib.

Qeyd edək ki, aprel ayında Londonda baş verən etirazlar zamanı 1130 nəfər həbs edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/792688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR