Azərbaycanda 19 yaşlı hamilə gəlini qaynatası xəstəxanalıq etdi - Qoyunları gətirmədiyi üçün...

Hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Metbuat.az xəbər verir ki, 2000-ci il təvvəllüdlü Ayşə Abdulayeva Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdilrib. Ona kəllə-beyin travması diqanozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildilir.

A.Abdulayevanın yaxınları onun gülünc doğuran səbəbdən döyüldüyünü deyiblər. Onların sözlərinə görə, A.Abdullayevanın gəlin gələndə qoyun gətirməməsi evdə mübahisəyə səbəb olub və sonradan davaya çevrilib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.(APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR