"Dinləyiciləri Səbinə xanımın ifasına həsrət qalıb" - Tacir Şahmalıoğlu - 1996-CI İLİN VIDEOSU

"Dinləyiciləri Səbinə xanımın ifasına həsrət qalıb" - Tacir Şahmalıoğlu - 1996-CI İLİN VIDEOSU
12:52 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Tacir Şahmalıoğlunun 80-90-cı illərin populyar müğənnisi, əməkdar artist Səbinə İlyasova ilə arxiv videosu yayılıb.

Milli.Az xəbər verir ki, musiqisi Tahir Əkbərə, sözləri Zemfira Əlişqızına məxsus olan "Qıyma ana vətənə" mahnısına lentə alınmış videoda tanınmış müğənnilər duet ortağı olublar. 

Tacir Şahmalıoğlu bildirib ki, mahnı 1996-1997-ci illərdə lentə alınıb.

"O vaxtlar "Vahid Bank" deyilən bir qurum vardı, bu musiqi ansamblı onun nəzdində yaradılmışdı. Sonra o bank dağıldı, elə o işimiz yarımçıq qaldı, ansambl da  fəaliyyət göstərmədi. Sonradan Səbinə xanımla çox təəssüf ki, işbirliyimiz olmadı. Ancaq 4-5 il bundan əvvələ kimi biz toylarda, el şənliklərində görüşürdük".

Daha sonra müğənni Səbinə İlyasovanın efirlərdə görünməməsindən də danışıb:

"Çox təəssüf edirəm ki, Səbinə xanımı efirlərdə görmürük, sənətdən uzaqlaşıb. O, çox gözəl insan və məlahətli səsə malik ifaçıdır. Heyfslənirəm ki, dinləyiciləri onun ifasına həsrət qalıb". (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/792789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR