PDF formatlı fayllarda kritik boşluq aşkar edilib

PDF formatlı fayllarda kritik boşluq aşkar edilib
14:35 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

PDF formatlı faylların şifrlənmə sistemində kritik boşluq aşkar edilib. Bu haqda kibertəhlükəsizlik üzrə alman ekspertləri məlumat veriblər. Söhbət kənar alətlərdən istifadə nəticəsində şifrləmədən deyil, PDF standartına inteqrasiya edilmiş müdafiədən gedir. Mütəxəssislər aşkar edilmiş boşluq əsasında “"PDFex" adlandırılmış hücum modeli hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, aşkar edilmiş boşluğu araşdırmış alman hakerləri onun mümkün istifadəsi üzrə iki üsul tapıblar. Onlar praktik sınaqlar zamanı “Adobe Acrobat”, “Foxit Reader”, “Nitro” proqramları, “Chrome” və “Firefox” brauzerlərində PDF formatlı fayllara baxış üçün inteqrasiya edilmiş vasitələr daxil olmaqla PDF fayllarının oxunması üçün 27 proqrama müdaxilə ediblər. Bütün hallarda onlar şifrlənmiş hesab olunan məlumatları əldə etməyə nail olublar.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-63322-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR