Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olundu - FOTO

Oktyabrın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd olunub.

Metbuat.az bildirir ki, gecədə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini bildirib. Diqqətə çatdırıb ki, yazıçının “Böhtan”, “Sabahın sorağında”, “Bahar yağışı” əsərləri Azərbaycan romanları sırasında öz layiqli yerini tutub. Onun böyük ustalıqla ərsəyə gətirmiş olduğu hekayələri də geniş oxucu auditoriyası qazanıb.

Vaqif Əliyev qeyd edib ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliğinə böyük ehtiramla yanaşan dövlətimizin başçısı bu sahədə çalışan insanları yüksək qiymətləndirir və davamlı olaraq onları fəxri adlar, mükafatlarla təltif edir. Hüseyn İbrahimovun yaradıcılığına verilən qiymət də bu istiqamətdə atılan addımlardan biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR