“Naftogaz” rəhbəri: “Qazprom” Ukrayna müəssisələrinə birbaşa qaz göndərə biləcək

“Naftogaz” rəhbəri: “Qazprom” Ukrayna müəssisələrinə birbaşa qaz göndərə biləcək
15:52 9 Oktyabr 2019
40 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ildən Ukrayna qaz bazarında Avropa qaydaları tətbiq olunandan sonra Rusiyanın “Gazprom” dövlət qaz şirkəti də bazara daxil olaraq ölkənin müəssisələrinə birbaşa qaz tədarük edə biləcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Naftogaz” Milli neft qaz şirkətinin sədri Andrey Kobolev Kiyev şəhərində keçirilən qaz forumunda bildirib.
Qeyd edək ki, bundan əvvəl RF energetika naziri Aleksandr Novak Ukraynadakı qaz sənayesinə dair qanunların Avropa standartlarına uyğunlaşdırıldıqdan sonra bu ölkəyə qaz tədarük etməyə hazır olduqlarını açıqlamışdı.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/qazprom-ukrayna-muessiselerine-birbasa-qaz-tedaruk-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR