Qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır?

Qərb bölgəsində əhalinin siyahıyaalınması necə aparılır?
16:12 9 Oktyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Qərb bölgəsində əhalini siyahıyaalınması işləri davam etdirilir.
Bu barədə "Report"un Qərb Mərkəzinə məlumat verən Gəncə şəhər üzrə əhalini siyahıyaalınmanın yerli qrup nümayəndəsi Alahverdi Allahverdiyev bildirib ki, şəhər üzrə 26 siyahıyaalma məntəqəsi və 239 təlimatçı nəzarəretmə məntəqəsi təşkil olunub: "Bu məntəqələrin hamsında lazımi şərait yaradılıb. Ümulikdə siyahıya alınma işlərinə 1195 sayıcı cəlb olunub ki, bu saycılar təhsil sahəsində çalışanlardan, məşğulluq idarəsindən əməkdaşlarından və künüllülərdən ibarət işçilərdir. Hazırda şəhərimizdə siyahıya alınma işləri öz axarı ilə davam edir".
Gəncə şəhəri üzrə əhalininin siyahıyaalınması üzrə 5 nömrəli məntəqənin şöbə müdiri Səma Məmmədova bildirib ki, sayıcıları çox fəal iştirak edirlər: "Çox sağ olsunlar, vətəndaşlar da sayıcıları normal qarşılayırlar. Saycılarımızın içərisində künüllü iştirak edənlər də var, onlar da işlərini çox həvəslə görürlər".
Naftalan şəhər Statistika İdarəsinin rəisi Samir Qocayev bildirib ki, şəhər ərazisində əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlər iyekunlaşıb: “Şəhər ərazisində əhalinin siyahıyaalınması işlərinə başlanılıb. Bildiyiniz kimi əhalinin siyahıyaalınması mühüm dövlət tədbiri olduğundan bütün işlər yüksək səviyyədə təşkil olunub. Siyahıyaalınma ilə bağlı rayon ərazisində məntəqələr təşkil olunub. Bu məntəqələrə İdarənin əməkdaşları tətəfindən mütəmadi nəzarət olunur. Onu da deyim ki, əhalinin siyahıyaalınması üçün şəhər ərazisində 1 siyahıyaalma məntəqəsi, 6 təlimatçı və nəzərətçi, 28 sayıcı var".
Goranboy rayon Statistika İdarəsinin rəisi Mayis Əsgərov bildirib ki, ərazisində aparılan əhalinin siyahiyaalınması ilə bağlı hələlik hə hansı nöqsan qeydə alınmayıb: “Goranboy rayonunda əhalinin siyahıyaalınmasında işlər yüksək səviyyədə təşkil olunub. Sayıcılar əvvəlcədən müəyyən olunub və siyahıyaalınma ilə bağlı məntəqələrə təhkim edilib. Onlara təlimlər keçirilib və müvafiq qaydada təlimatlandırılaraq lazımi ləvazimatlarla təmin olunublar. Rayonda 7 siyahıyaalma məntəqəsi var və içərilərində 22 könüllü işçi olmaqla ümumilikdə 339 sayıcı siyahıyaalma prosesinə cəlb olunub".
Samux rayon Statistika İdarəsinin rəsisi Gündüz Bayramov bildirilib ki, rayonda 4 məntəqə, 198 sayıcı, 39 təlimatçı var: "Bu sayıcıların 31 nəfəri qaydalara uyğun formada məşğuluq idarəsindən işə götürülüb. Bu il keçirilən siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapıb".
Göygöl rayon Statistika İdarəsinin rəisi Ruzigar Həsənov bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 5 məntəqədə 238 sayıcı çalışır: "2018-ci ilin sonlarından başlayaraq təşkilat planının hazırlanması və məntəqələrə bölünmə işləri aparılıb. Rayonumuzun siyahıyaalınma ilə bağlı hazırlıq işləri başa çatıb. Sentyabr ayının 2-dən başlayaraq sentyabrın 26-na qədər biz əvvəlcə siyahıyaalma məntəqələrinin müdirlərinə təlimat keçərək sayıcılara təyin edilmiş çantaları onlara təhvil vermişik. Eyni zamanda təlimatçı-nəzarətçi və sayıcı məntəqəsi müdirlərinə müvafiq təlimlər keçirilib və çantalar sayıcılara təqdim edilib”.
Daşkəsən rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynovun verdiyi məlumata görə, rayonda 2 siyahıya alma məntəqəsi var: "Bunlardan biri Daşkəsən şəhərində digəri isə Xoşbulaq kəndində yaradılıb. Təlimatçıların sayı 24, sayıcıların sayı isə 120 nəfərdir. Bunlardan 57 nəfəri rayon məşğulluq idarəsində qeydiyatda olub və oradan bu işə çağrılaraq müqavilə əsasında işlə təmin olunublar".
Şəmkir rayon Statistika İdarəsinin rəisi Pərvin Gözəlov bildirib ki, rayon ərazisində əhalinin siyahıya alınması üçün 16 məntəqə yaradılıb: "Burada 733 sayıcı, 146 təlimatçı çalışır. Bu il siyahıyaalmada sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə, 52 sual öz əksini tapıb. 
Tovuz rayon Statistika İdarəsinin rəisi  Niyazi Tağıyev bildirib ki, əhalinin siyahıyaalınması işlərinə 200 nəfər məşğuluq idarəsindən müqavilə əsaında işə götürülüb: "Ümumilikdə 586 sayıcı var və 13 məntəqə yaradılıb. Bu il suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək”.
Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması prosesi oktyabrın 10-na qədər davam edəcək. 



Xəbərin orijinal ünvanı: https://report.az/multimedia/qerb-bolgesinde-ehalinin-siyahiyaalinmasi-nece-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR