İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB?

İtaliyada 200-dək reys təxirə salındı - SƏBƏB?
16:22 9 Oktyabr 2019
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın “Alitalia” aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb.

Trend-in məlumatına görə, tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir.

Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər.

Tətil gün ərzində davam edəcək.

“Alitalia” aviaşirkəti təkrar strukturlaşdırılacağı təqdirdə 2 800 əməkdaş işdən azad edilə bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3130401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR