“Zirə”nin yeni baş məşqçisi bəlli oldu

“Zirə”nin yeni baş məşqçisi bəlli oldu
16:53 9 Oktyabr 2019
94 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Zirə"nin yeni baş məşqçisi bəlli olub.

Qəsəbə təmsilçisi Zaur Həşimova həvalə olunub.

Bu gün klub rəhbərliyi ilə 38 yaşlı mütəxəssis arasında görüş keçirilib və razılıq əldə edilib. Bu postda Samir Abasovu əvəzləyən Z.Həşimovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Yeni baş məşqçi artıq sabahdan işinə başlayacaq.

Qeyd edək ki, Z.Həşimov 2016-cı ilin iyunundan 2017-ci ilin dekabrına qədər "Zirə"də əsas komandanın məşqçilər korpusunda yer alıb. O, cari mövsümdə "Qəbələ"nin məşqçisi vəzifəsində çalışırdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR