Ən aşağı kredit faizi Rabitəbankda!

Ən aşağı kredit faizi Rabitəbankda!
18:22 9 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rabitəbank ən aşağı kredit faizi ilə “Kreditin kartı” müddətsiz kampaniyasına start verib.

Bankdan Trend-ə verilən məlumata görə, artıq, müştərilər 14.9% ilə, 3000 manatadək, 36 ay olmaqla kredit əldə edə biləcək. Kampaniyanın daha bir özəlliyi ondan ibarətdir ki, kredit nağdsız şəkildə xüsusi kart ilə təqdim olunur və nağdsız əməliyyatların həyata keçirilməsinə şamil edilir.

“Kreditin kartı” məhsulunu əldə etmək istəyənlər Telegram (http://t.me/rabitabankbot) və yaxud Facebook messencer (http://m.me/rabitabank) üzərindən RabitabankBot, www.133.az və www.rabitabank.com vasitəsi ilə onlayn müraciət edə bilər.

Qeyd edək ki, kampaniyanın daha bir məqsədi, Ölkə başçısının imzaladığı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu çərçivəsində, əhali arasında nağdsız əməliyyatların təbliği və təşviqinin aparılmasıdır.

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri Rabitəbank, 25 xidmət məntəqəsi, 68 ATM və RabitabankBot ilə müştərilərin xidmətindədir. Bankın xidmət və məhsulları haqqında məlumat almaq üçün www.133.az saytına daxil ola və ya 133 qısa nömrəsinə zəng edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3130613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR