Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycan millisi seçmə mərhələyə məğlubiyyətlə başlayıb
18:57 9 Oktyabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçilik etdiyi komanda norveçli həmyaşıdları ilə üz-üzə gəlib.
Çexiyanın Fridek-Mistek şəhərindəki "Stovki" stadionunda keçirilən qarşılaşma Azərbaycan komandasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. 6-cı dəqiqədə Elnur İbrahimov avtoqol müəllifi olub.
Qeyd edək ki, U-19 növbəti matçını oktyabrın 12-də meydan sahibi olan Çexiyaya qarşı keçirəcək. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisi-secme-merheleye-meglubiyyetle-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR