Baş nazir ulu öndərin məzarını ziyarət etdi - FOTO

Baş nazir ulu öndərin məzarını ziyarət etdi - FOTO
19:18 9 Oktyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Baş naziri Giorgi Qaxariya oktyabrın 9-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Publika.az xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçən Vətən oğullarının xatirəsini yad edib, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/292619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR