Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı

Biləsuvar gömrüyündə ayaqqabıdan yarım kiloqram heroin tapıldı
19:43 9 Oktyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Biləsuvar rayonu gömrük məntəqəsində Azərbaycan vətəndaşının üzərində 0,5 kq heroin aşkarlanıb.

Trend-in məlumatına görə, bunu İranın Biləsuvar rayonu qubernatoru Həsən Qubadi deyib.

H.Qubadinin sözlərinə görə, bu şəxs heroini ayaqqabısında yerləşdiribmiş.

Qubernator narkotikin it tərəfindən aşkarlandığını deyib.

Qubadi əlavə edib ki, yayın əvvəllərindən bu it vasitəsi ilə Biləsuvar gömrüyündə bir neçə narkotik maddə aşkarlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3130584.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR